11 sentyabr 2024 at 09:33
Jurnalist kodu: 5564
Xəbər kodu: 85593295
T T
0 Persons
Xarici İşlər nazirinin müavini: İran tanınmış sərhədlərdə istənilən dəyişikliyin əleyhinədir

Tehran - İRNA - Xarici İşlər nazirinin müavini İrəvan Dialoq Forumunda vurğulayıb: “İran tanınmış sərhədlərdə istənilən dəyişikliyin və bölgənin xarici güclərin münaqişə meydanına çevrilməsinin əleyhinədir.”

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti sentyabrın 20-si və 21-i İrəvanda keçirilən “İrəvan Beynəlxalq Dialoq Forumu”nda iştirak edib.

Xarici İşlər nazirinin müavini və Araşdırmalar Mərkəzinin sədri Məhəmməd Həsən Şeyxulislami Ermənistanın Xarici İşlər naziri, Gürcüstanın Xarici İşlər nazirinin müavini, Lüksemburqun Xarici İşlər naziri və Litvanın keçmiş Prezidentinin iştirakı ilə keçirilən bu forumun açılışından sonra keçirilən xüsusi iclasda dünya nizamında baş verən dəyişikliklər, onun qlobal və regional nəticələri haqqında izah verməklə yanaşı, Cənubi Qafqaz regionunun İran İslam Respublikası üçün əhəmiyyətinə və İranın bu regionda ənənəvi sabitləşdirici roluna toxunub, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh danışıqlarını alqışlayıb və sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid etdiyini bildirərək vurğulayıb: “İran İslam Respublikası ticarət və ictimai tranzit yollarında tıxacların aradan qaldırılmasına inanmaqla yanaşı, region ölkələrinin ərazi bütövlüyü və suverenliyinin qorunmasında israrlıdır, tanınmış sərhədlərin hər hansı dəyişikliyinə, bölgənin xarici güclərin münaqişə meydanına çevrilməsinə qarşıdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .